"17 yaşında ərə gedən qız 25 yaşında özünü dərk edəndə qaynına, qonşusuna aşiq olur"

OXUNUB: 1063 MARAQLI
Psixoterapevt Elmir Əkbər "Space" telekanalında Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində maraqlı fikirlər səsləndirib.

Mütəxəssis 17-18 yaşda insanın seçim edə bilmək düşüncəsinə malik olmadığını söyləyib:

"17-18 yaş ərə getmək, hərbi xidmətə gedib nə isə öyrənmək, universitet seçimi etmək yaşı deyil. Fikir verirsinizsə, erkən nikahlar da tez başa çatır, uğursuzluqla nəticələnir. 17 yaşında ərə gedən qız 25 yaşında özünü dərk edəndə ya qaynına, ya qonşuda kiməsə aşiq olur".

Elmir Əkbər qapalı mühitdə böyüyən qızlarla bağlı isə bunları deyib:
"Hər zaman qapalı mühitdə, basqı altında olanlardan qorxmaq lazımdır. Ümumiyyətlə, kişinin özündən yaşca çox gənc insanla münasibətinə normal baxmıram. Çünki qadın dünyasını dəyişənə qədər qadındır. Yaşı çox olan kişi yaxşı az olan qadınla ailə quranda, sonra o qadınlar sürücüsünə, bağbana, işçisinə vurulur. Çünki qadın zamanı aldada bilir, ancaq kişidə testesteron, və böyrəküstü vəz yaşa təsir göstərə bilməyəcək"./ ölke


 

İcmal.Az

RƏYLƏR