17 yaşlı qızla cinsi əlaqədə oldu: görüntüləri Facebook-da paylaşdı - FOTO

OXUNUB: 976 DÜNYA
İzmirin Konak qəsəbəsində yaşayan, lisedə turizm və otelçilik ixtisası üzrə oxuyan qız zorlanıb.

Hadisə tələbənin bir oteldə sınaq müddəti zamanı baş verib. Cinayəti törədən C.M. qızın çılpaq fotolarını çəkib.

Qız ayrılmaq istəyincə isə bunları ailəsinə göndərməklə təhdid etdiyi bildirilən T.L.-yə (46) yalnız şantaj maddəsi ilə 10 ay həbs cəzası və 80 lirə dəyərində cərimələnib.

Cəza aldıqdan sonra da C.M.-ni rahat buraxmadığı deyilir.
 

Qeyd edək ki, o vaxtlar 17 yaşı olan C.M. ilə cinsi əlqədə olub, onu şantaj edən iki uşaq atası T.L. sözügedən oteldə baş menecer vəzifəsində çalışıb. Şübhəli 3 il boyunca çılpaq şəkilləri ilə şantaj edərək gənc qızla əlaqədə olub. 

C.M.-nin şikayəti sonrası şübhəli polislər tərəfindən saxlanılıb. Qız ilə intim video görüntüsünün olmadığını bildirən T.L. bir evdə bir il öncə çəkilmiş, ikisinin də beldən yuxarıları çılpaq halda 2 fotosunun olduğunu qeyd edib. T.L. mobil telefonundan sonra bu fotoları da sildiyini qeyd edib. Qıza ondan ayrılacağı təqdirdə çılpaq fotolarını qardaşına göndərəcəyini dediyini etiraf edib. Çarəsiz qaldığı üçün qızla səmimi fotolarını Facebook-da paylaşdığını etiraf edən T.L. məqsədinin şantaj yox, qızı itirməmək istədiyindən bunları etdiyini bildirib. 

T.L.-nın telefonunu araşdıran polislər qızla onun cinsi əlaqə görüntülərini aşkar edib./milli
 
İcmal.Az

RƏYLƏR