18-ci əsrdən qalan kasa 30 milyona satıldı - FOTOLAR

OXUNUB: 436 MARAQLI

Dünyaca məşhur auksion şirkəti "Sotheby's" tərəfindən keçirilən hərracda Qing Hanedanı imperatoru Kangxi üçün hazırlanan qədim kasa 30,4 milyon dollara satılıb.

 18-ci əsrə aid olan kasa üzərində nərdivan və müxtəlif rəngli çiçəklərlə işlənib. İlk görünüşdən ənənəvi Çin əşyalarını xatırlatmasa da, diametri 14,7 santimetr olan kasa Çin və Qərb texnikasını özündə birləşdirməsi ilə diqqət çəkir.

"Sotheby's" şirkətinin rəhbərinin sözlərinə görə, kasa hərraca çıxarıldıqdan 5 dəqiqə sonra satılıb. Kasanı alan şəxs özünü təqdim etmək istəməyib. Onun Çindən telefon bağlantısı ilə hərraca qatıldığı iddia edilir./publika

İcmal.Az

18-ci əsrdən qalan kasa 30 milyona satıldı - FOTOLAR

RƏYLƏR