19 yaşlı qız dəhşət yaşadı: göydən başına dəmir düşdü - VİDEO - FOTO

OXUNUB: 717 MARAQLI

Türkiyənin Bursa şəhərinin İnegöl ərazisində səkidə yeriyən 19 yaşlı gənc qadınının başına qəlib dəmiri düşüb.

İcmal.Az Media24.az-a istinadən xəbər verir ki, Mahmudiyə məhəlləsində yaşayan Begüm K. rəfiqəsi ilə görüşmək üçün səhər evdən çıxıb. Tikintisi bitməyən inşaatın qabağından keçən zaman tikilinin 2-c mərtəbəsindən 4 metr uzunluğunda dəmir başına düşüb. Baş verən qəza təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Yaralanan qız təcili xəstəxanaya aparılıb. Həkimlər gənc qızın hazırda  vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Baş verən hadisə ilə bağlı araşdırma başladılıb.

 

İcmal.Az


19 yaşlı qız dəhşət yaşadı: göydən başına dəmir düşdü

RƏYLƏR