20 il əvvəlki kök halı təəccübləndirdi - fotolar

OXUNUB: 847 ŞOU-BİZNES

Türkiyəli model Tülin Şahinin 20 il öncə çəkilmiş fotoları yayılıb.
Hazırda 0 bədən ölçüsündə olan Tülinin illər əvvəl necə kök olduğu gözdən yayınmayıb.

65-70 kiloqram olan model podiumdan uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qaldıqda 27 kiloqram birdən verib. 

O, bunun üçün nələrdən keçdiyini sevənləri ilə bölüşüb:

- Hər gün mütləq idman etməyə çalışın. Laqeyd yanaşmayın.

- Tərəvəz, meyvə və ağ ətə üstünlük verin. Qırmızı əti isə həftədə iki dəfə olmaqla idmandan sonra yeyin. 

- Duz və şirniyyatdan istifadə edərkən ehtiyatlı olun.

- Səhər və günorta yeməyinizi zənginləşdirin, amma axşam yeməyini yüngülləşdirin.

- Əgər gündə yalnız 3 dəfə qidalanırsınızsa, tezliklə bu vərdişdən imtina edin. Çünki ara yeməklərdən də mütləq şəkildə istifadə etmək lazımdır.

- Əgər 3-5 kiloqram artıq çəkinizin olduğunu hiss edirsinizsə,  o zaman nisbətən tünd rəngli geyimlər geyinməklə ideal bədən görünüşünə sahib ola bilərsiniz./axşam

 
 
 
 
 
İcmal.Az

RƏYLƏR