20 yaşlı kassir qızın telefonunda tapılan mesaj böyük cinayətin üstünü açdı - FOTO

OXUNUB: 1112 DÜNYA

Türkiyənin Konya şəhərində kredit kartlarının üzünü çıxararaq vətədaşların hesablarını boşaldan cinayətkar dəstəni bir kassirin telefonunda aşkar edilən "İlk işim necədir" mesajı deşifrə edib.

Hər şey iki vətəndaşın kredit kartlarından məlumatları olmadan pul çəkildiyini söyləmələri ilə ortaya çıxıb.

Prokurorluğun qərarı ilə təhlükəsizlik kamerası görüntülərini izləyən polis kassir Gülsün Yaşarın müştərilərin kredit kartlarını iki fərqli post terminal cihazından keçirdiyini görüb. Saxlanılan Gülsünün mobil telefonunda aparılan yoxlama zamanı sürətini çıxartdığı kredit kartının fotolarını cinayətkar dəstənin üzvlərinə "ilk işim necədir" mesajıyla göndərdiyini aşkar ediblər.

Kassir qızın telefonunda cinayət hadisəsi ilə bağlı video aşkar edilib. Videoda əlində gül döyməli Şevket İlhanın sürət çıxarma cihazından necə istifadə edildiyini başa saldığı görüntülər əks olunub. Kassir qız günahını etiraf edib. Gülsün Yaşar (20) müdiri Ali Aydemir ilə birgə ələ keçirilən pulun yüzdə 50-sinə ortaq olduqlarını, 9 müştərinin kartınının sürətini çıxardığını söyləyib.

Polis istintaq nəticəsində daha 7 şübhəlini saxlayıb./milli

İcmal.Az

RƏYLƏR