Son 25 ildə tərəfdaşlarımızla birgə əməliyyatçı olduğumuz layihələrə 69 mlrd. dollardan artıq sərmayə qoymuşuq.
Bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf” adlı konfransda çıxış edən "BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Məlum olub ki, təkcə "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda indiyədək 3,3 mlrd. barel neft hasil edilib:
"Həmçinin, 32 mlrd. kubmetr səmt qazını təmənnasız dövlətə vermişik. "Şahdəniz” layihəsi çərçivəsində 89 mlrd. kubmetr qaz və 176 mln. barel kondensat hasil olunub”./oxu
İcmal.Az























