Lavrov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək

OXUNUB: 952 SİYASƏT

İyunun 7-də  Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada  Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

İcmal.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya XİN-nin mətbuat xidmətinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ məsələsi və ikitərəfli əlaqələr müzakirə ediləcək.

Bu, Ermənistanda hökumət dəyişikliyi baş verdikdən sonra XİN rəhbərinin Rusiyaya ilk səfəridir.

İcmal.Az

RƏYLƏR