Sürücülər Avtomobillərin Texniki Müayinə Mərkəzində görülən müsbət işlərə görə Vilayət Eyvazova təşəkkür etdilər

OXUNUB: 1227 SOSİAL

7NEWS.az xəbər verir ki, son 5 ildə ölkəmizə həyata keçirilən islahatlar dalğası bütün sahələri əhatə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan bütün addımların əsas qayəsini xalqın rifahı, xalqa xidmət təşkil edir. Siyasi, iqtisadi, mədəni və sosial sahələrdə həyata keçirilən islahatlar hüquq-mühavizə orqanlarının işində də özünü biruzə verməkdədir. General-polkovnik Vilayət Eyvazovun Daxili işlər naziri təyin edilməsi buna bariz nümunədir. V.Eyvazov qısa zaman kəsiyində DİN iarələrində olan bütün mümkün əskiklərini müəyyən edərək adekvat addımlar atmağa başladı.


Həyata keçirilən islahatlar Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzində də özünü göstərməyə başladı. İllərdir yüzlərlə sürücünün narazı qaldığı Mərkəz indi tam fərqli, sistemli və operativ şəkildə insanlara xidmət göstərir. Redaksiyamızın kiçik heyəti Mərkəzə gedərək sürücülərin fikirlərini yerində öyrəniblər. Sürücü FuadRəsulov: "Sonuncu dəfə 3-4 il qabaq gəlmişdim. O zaman burada vəziyyət çox pis idi, xidmət sıfır səviyyəsində idi. Bir maşını texniki baxışdan keçirmək bəzən saatlarla çəkirdi. İndi gördüklərimə inana bilmirəm. Cəmi bir neçə dəqiqəyə texniki baxışdan keçdik. Xidmət pəncərələrində yüksək səviyyədə, mədəni, operativ xidmət göstərdilər. Hiss olunur ki, ciddi yenidənqurma işləri gedir”. Digər sürücü Nigar Nəcəfova isə gördüklərindən qürur hissi duyduğunu dedi: "3-cü dəfədir ki, bura gəlirəm. Belə dəyişiklik olacağını təsəvvür belə edə bilməzdim. Bir sözlə möhtəşəm. Bilmədiyimi dedilər, bütün suallarıma aydınlıq gətirdilər, o qədər nəvazişlə, səbrlə xoş münasibət göstərdilər ki, sevindim. Həm buranın rəhbərliyinə, həm nazirimizə təşəkkür edirəm”.


Jurnalistlərimizin məlumatına görə bütün sürücülər eyni fikirləri paylaşdılar. Görünən odur ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mərdan Əliyevin Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəis təyin edilməsi öz müsbət nəticəsini verməkdədir.

DİN-də aparılan islahatların digər idarələrə necə təsir etməsi barədə növbəti reportajlarımızdatəqdimat edəcəyik.

Malik Bəxtiyaroğlu

7NEWS.az


RƏYLƏR