“Yelo Bank” ASC açıq tender elan edir

OXUNUB: 714 İQTİSADİYYAT
"Yelo Bank” ASC "Hyper-converged" bulud həllinin yaradılması məqsədilə açıq tender elan edir.

Texniki şərtlər və digər tələblər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

 

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

 

- Qiymət təklifi

- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

- Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan olunduqdan sonra)

- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyaları)

 

2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

 

-Tender təklifləri 19 Fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

-Zərflərin hər küncü möhürlənməlidir.

-Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

 

 

3. Ödəniş və digər şərtlər


- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.

- Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.

- Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.

- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

 

4. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:


-Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

-Ödəmə qabiliyyəti olmalı;

-Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

-Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

-Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

 

5. Satınalan təşkilatın ünvanı


Bakı ş. Puşkin küçəsi 30, AZ1010

Əlaqələndirici şəxs:

1)Nigar Baxşiyeva

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+9455 4577616

RƏYLƏR