Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tabeli qurumların fəaliyyəti ilə tanış olub

OXUNUB: 306 Özəl İQTİSADİYYAT
 
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Yevlax, Bərdə və Tərtər rayonlarında yerləşən tabeli qurumlarının fəaliyyəti, həmçinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyalarında görülən işlərlə tanış olub. İnzibati binalara baxış keçirib, əməkdaşlarla görüşüb. 
Görüşlərdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Baytarlıq tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyalara dair maarifləndirici tədbirlərin aparılması, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması barədə danışıb. 
Eyni zamanda sort-sınaq məntəqələrinin, regional təlim mərkəzlərinin, laboratoriyaların fəaliyyətinin günün tələbləri səviyəsində qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyi  iştirakçıların nəzərinə çatdırılıb.
Sonda mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
 








 

 

RƏYLƏR