Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tabeli qurumların fəaliyyəti ilə tanış olub

OXUNUB: 347 Özəl İQTİSADİYYAT
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Füzuli, Beyləqan, Ağdam rayonları, o cümlədən Zəngilanın Ağalı kəndində yerləşən Agentliyin tabeli qurumlarının fəaliyyəti, həmçinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyalarında görülən işlərlə tanış olub. İnzibati binalara baxış keçirib, əməkdaşlarla görüşüb.
Görüşdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Bildirib ki, baytarlıq tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməli, mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməli, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyaların tətbiqinə dair maarifləndirici tədbirlər aparılmalı, fermerlərə göstərilən xidmətlərin keyfiyyəti daha da yaxşılaşdırılmalıdır.
Tədbirdə Sort sınaq məntəqələrinin, Regional Təlim Mərkəzlərinin, laboratoriyaların  fəaliyyətinin günün tələbləri səviyəsində qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin  vacibliyi  iştirakçıların nəzərinə çatdırılıb.
Sonda mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müdddətdə aradan qaldırılması üçün  müvafiq tapşırıq və tövsiyələr verilib.
 
 


RƏYLƏR