FED-in faiz endirimi ehtimallarının zəifləməsi dolları bahalaşdırırÖtən həftə Amerikada makroiqtisadi göstəricilərin dərcindən sonra FED-in uçotdərəcəsini azaldacağı ilə bağlı ehtimallar əhəmiyyətli dərəcədə zəiflədi.Faiz dərəcəsi proqnozundaki bu dəyişiklik ABŞ-ın güclü iqtisadi məlumatlarından vəinflyasiyanın yüksək açıqlanmasından sonra baş verir ki, bu da FED rəsmilərinin iyunayında faiz endiriminə başlamaq ideyasını rədd etmələrinə gətirib çıxarıb. FED sədriCerom Pavel də ötən həftənin əvvəlində sərt monetar siyasətin daha uzun müddətdavam etdirilməsinə ehtiyac olduğunu vurğuladı.Nəticədə dollar valyuta səbəti qarşısında (Dollar İndeksi) yüksələrək 106.52 bəndəyüksəlib. Bu isə, son 5 ayın maksimumudur.Qeyd edək ki, Yaponiyada, Almaniyada, Avrozodana, İngiltərədə və Amerikadaaçıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri,Yaponiyada, Avstraliyada və Amerikada dərc olunacaq iflyasiya məlumatları, Türkiyəvə Yaponiya mərkəzi banklarının faiz qərarları, eləcə də AMB sədri Kristin Laqardınçıxışı cari həftədə investorlarının diqqət mərkəzində olacaq əsas xəbərlərdir.Həmçinin geosiyasi risklər neft qiymətlərini dəstəkləməyə davam edəcək. Eləcə də,nəhəng texnologiya şirkətlərinin balans hesabatları yaxından izləniləcək.ABŞ inflyasiya rəqəmləriİnvestorlar cümə günü dərc olunacaq mart ayında yüksək səviyyədə qalmasıproqnozlaşdırılan, FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlakXərcləri (PCE) Qiymət İndeksi göstəricilərini gözləyirlər.Güclü əmək bazarı məlumatları, neft qiymətlərinin artmasına səbəb olan YaxınŞərqdə geosiyasi gərginliklər, o cümlədən, sədr Cerom Pavel də daxil olmaqla FEDrəsmilərinin açıqlamaları ilə yanaşı, inflyasiyanın qarşısının alınmasında irəliləyişindayandığını göstərən son məlumatlar investorların fazi endiriminə dair ehtimallarınınazalmasına səbəb oldu.Həftənin digər iqtisadi məlumatlarına əvvəlki rüblə müqayisədə cüzi azalmagöstərəcəyi gözlənilən ÜDM birinci rüb proqnozu daxildir. Bundan əlavə, yeni evsatışları və İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı kimi, önəmlimakroiqtisadi göstərilər də açıqlanacaq.Biznes Aktivliyi İndeksiİnvestorlar, xüsusilə də xidmət sektorunda inflyasiyanın geri qayıtdığını göstərən hərhansı əlamətlər olub olmadığını görmək üçün çərşənbə axşamı günü Avrozona, ABŞvə Böyük Britaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləriniyaxından izləyəcəklər.
Ana səhifə
/
GÜNDƏM / Özəl / İQTİSADİYYAT / “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Kristal” “Park Yasamal” layihəsində ventilyasiyalı fasad sistemi tətbiq edir!
24.10.2025, 09:43 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
"Bank of Baku"da özbaşınalıqdı: Hesabından oğurluq oldu, bank məsuliyyətdən qaçmaq istədi
18.10.2025, 16:16 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT, BANK -
Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir?.. -VİDEO
16.10.2025, 11:23 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
“Azərişıq” ASC-nin təşkil etdiyi "Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi" başa çatıb
15.10.2025, 18:53 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
22.09.2025, 11:07 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
"Park Yasamal"da 2 otaqlı və studiya mənzillər - 15%-dən başlayan ilkin ödənişlə!
19.09.2025, 16:50 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
“Kristal” təzminat tələbi ilə məhkəməyə müraciət etdi
17.09.2025, 15:23 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə, GÜNDƏM Deputatın şirkəti 9 ayda 42,3 milyonluq sifariş alıb – MOM-la “Azəri Med” arasında şübhəli sövdələşmə
-
Texnologiya, Özəl "ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır
-
GÜNDƏM, Özəl, SİYASƏT Polad Mehdiyev: "Bakı artıq Cənubi Qafqazın əsas enerji və nəqliyyat qovşağı kimi tanınır"

























