Səyyar ASAN xidmət davam edir

OXUNUB: 1158 Özəl SOSİAL
Səyyar ASAN xidmət 3-18 mart tarixində Zaqatalada, Neftçalada, Şəmkirdə, Ağstafada, Siyəzəndə, Astarada, Naftalanda, Ucarda və Xırdalanda vətəndaşlara xidmət göstərəcək. 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

RƏYLƏR