Qəhrəmanımız, Aprel döyüşlərinin iştirakçısı Amin Novruzov 2020-ci il sentyabr ayından başlanan Vətən müharibəsində Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə vuruşub. 
	O, noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. 
	Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
	Şəhidimizin ailəsinə "YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə mütəmadi dəstək göstərilir.
	
			
				






















