"AzParking" MMC-də əmək qanunları kobud şəkildə pozulur - VİDEOMÜRACİƏT

OXUNUB: 43 Özəl HADİSƏ SOSİAL
"AzParking" MMC haqqında yayılan məlumatlar işçilərin hüquqlarının açıq-aşkar tapdandığını göstərir. Şirkətdə əmək məcəlləsinin tələblərinə riayət olunmur, işçilərə qarşı qeyri-insani münasibət sərgilənir.

İşçilərin təbii ehtiyaclarını ödəməsinə belə maneələr yaradılır. Yemək və istirahət vaxtları məhdud şəkildə, formal xarakter daşıyır. Halbuki qanunvericilikdə hər bir əməkdaşın normal qidalanma və istirahət hüququ açıq şəkildə təsbit olunub.

Bundan başqa, istər yandırıcı yay istisində, istərsə də sərt qış soyuğunda əməkdaşların açıq havada, çətin şəraitdə işlədilməsi insan hüquqlarının kobud pozuntusudur. Bu, həm də işçilərin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Əməkdaşlardan birinin video müraciətində açıqlanan faktlar göstərir ki, bu vəziyyət təsadüfi deyil, sistemli xarakter daşıyır. Belə bir mühitdə işçi hüquqlarının qorunmasından, əmək məcəlləsinə əməl olunmasından danışmaq mümkünsüzdür.

Cəmiyyət və aidiyyəti qurumlar bu iddialara biganə qalmamalıdır. İşçilərin hüquqlarının qorunması üçün dərhal araşdırma aparılmalı, AzParking MMC-dəki qanun pozuntularına son qoyulmalıdır.

Yuxarıda qeyd olunan bütün faktlar "AzParking" MMC əməkdaşının şikayətində əksini tapıb və sözügedən şikayət videosunu təqdim edirik.
 
 
 
 

RƏYLƏR