"KAHI" restoranında biabırçılıq: MÜŞTƏRİYƏ QARŞI TƏRBİYƏSİZLİK, AŞAĞI XİDMƏT, BƏRBAD QİDA

OXUNUB: 88 Özəl İQTİSADİYYAT
Bu günlərdə redaksiyamıza "Kahi" restoranı ilə bağlı ilginc məlumat daxil olub. 
Saytımızın şikayət bölməsinə gələn məlumata görə "Kahı" restoranının əməkdaşı sifarişi gətirərkən müştəriyə qarşı lağ-lağı elementləri edib. Podnusu stola dağıdan ofisianta restoranın digər əməkdaşları da qoşularaq lağ-lağı edib, müştərini ələ salıblar. Yalnız bundan sonra digər müştəri xanım ayağa qalxaraq restoran heyəti ilə mübahisə edib, onların etdiklərinin tərbiyəsizlik olduğunu deyib. 
Saytımız xəbər verir ki, özünü sağlam qida kontekstində reklam edən "Kahi" restoranı ilə bağlı zaman-zaman müxtəlif şikayətlər daxil olub. Bəzi müştərilər yeməklərin keyfiyyətsiz və dadsız olduğunu, bəziləri isə personalın olduqca qeyri-peşəkar, kobud olduqlarını qeyd ediblər. Mövzunu diqqətdə saxlayacağıq. 
Qarşı tərəfin fikrini dırc etməyə hazırıq. 
7NEWS.az

RƏYLƏR