Yanacaqdoldurma stansiyasında 22 yaşlı tələbə qıza əl-qol ataraq sataşan, sonra da onun olduğu avtomobili vurub hadisə yerindən qaçan şəxs tutulub.
Olay Braziliyanın Manaus şəhərində baş verib.
Axşam saatlarında sevgilisinin avtomobilində yanacaqdoldurma stansiyasına yan alan 22 yaşlı tələbə qız dükandan şirniyyat alırdı. Bu zaman dükana girən 30 yaşlı kişi əli ilə onun yambızına toxunub.
Qızın sevgilisi bunu görüb və həmin kişini vurub. Dava başlanıb.
Yanacaqdoldurma stansiyasına yığışanlar dalaşanları ayırıblar.
Lakin 30 yaşlı şəxs Ford Ranger avtomobilinə oturandan sonra maşını ilə tələbə qızın və sevgilisinin olduğu avtomobili vurub, sonra da sürətlə hadisə yerini tərk edib.
Polis həmin şəxsi tutub.
O, qətlə cəhddə ittiham olunur.
İcmal.Az































