Tovuz rayonunda 25 yaşlı qız dəm qazından zəhərlənib.
Hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Hüseynova Şöhrət Tofiq qızı yaşadığı evdə hamamda dəm qazından zəhərlənib.
Ş.Hüseynova təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib./trend
İcmal.Az