ABŞ müğənnisi Madonna və "Twitter”in qurucusu Cek Dorsi kimi məşhur adların satın aldığı "Bored Monkey Yacht Club" kolleksiyasından 2,8 milyon dollar dəyərində NFT oğurlanıb.
7NEWS.az xəbər verir ki, hakerlər kolleksiyanın rəsmi "Instagram” hesabını ələ keçirdikdən sonra, bir keçid paylaşaraq, istifadəçiləri orijinal saytın surətinə yönəltdikləri anlaşıldı. Linkə klikləmiş istifadəçilərin "Ethereum” pulqabılarına daxil olmağı bacaran hakerlərin 91 NFT oğurladığı müəyyən edilib. "Bored Ape Yacht Club”ın həmtəsisçisi 'Garga' "Instagram”da bir daha vacib heç bir şeyin paylaşılmayacağını söylədi.
7NEWS.az