2,9 milyonluq tenderin qalibi olan şirkət "qara siyahı"da - Saxta sənəd təqdim edib

OXUNUB: 1 İQTİSADİYYAT
Satınalma müsabiqələrində fəal iştirak edən və vaxtaşırı qalib seçilən "Dream Construction Company" MMC etibarsız təchizatçılar siyahısına salınıb. 

Şirkət 24 fevral 2027-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməz. 

"Dream Construction Company" MMC-nin etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi isə saxta sənəd təqdim etməsi ilə bağlıdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Dream Construction Company" MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.

"Dream Construction Company" MMC "Otaxlı" MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Dream Construction Company" MMC ötən il 13 tenderin qalibi seçilib. 

Bu tenderlər aşağıdakı qurumlar tərəfindən keçirilib:

- Sumqayıt Şəhər İcra Hakimiyyəti – 3 tender
- Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – 2 tender
- Bərdə Rayon İHB-nin Şəhər Nümayəndəliyi – 2 tender
- Bərdə Rayon İcra Hakimiyyəti -1 tender
- Ağdam Rayon İcra Hakimiyyəti – 3 tender
- Qubadlı Rayon İcra Hakimiyyəti – 1 tender
- Ağdam Rayon İHB-nin Quzanlı Ərazi Nümayəndəliyi – 1 tender.
- Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 2 961 891,07 manat təşkil edir. 

RƏYLƏR