"3 Alma"nın qanunsuzluq etdiyi aşkarlandı, cərimə kəsildi

OXUNUB: 259 İQTİSADİYYAT
Bakıda "3 Alma market" superstore şəbəkəsi icazəsiz reklam yerləşdirdiyi üçün cərimələnib. 

 Nərimanov rayonu, Əhməd Rəcəbli 46A ünvanında "3 alma market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilib.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. 

Araşdırma zamanı məlum olub ki, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 13 iyun 2023-cü il tarixində sözügedən ünvanda yerləşən "3 alma market” adlı obyektin üzərində müvafiq icazə olmadan 5 ədəd 27 kv.m ölçüdə reklam aşkarlanıb. 

Məhkəmənin qərarı ilə market rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib./Qaynarinfo

RƏYLƏR