Qızlarımla yanaşı olanda çoxları bizi bacı sayır. Bu, məni xeyli şənləndirir.
Kanadanın Yeni Şotlandiya əyalətində yaşayan 40 yaşlı Kiena Buker, gerçəkdən də, yaşından xeyli gənc görünür.
18 yaşlı Kliena və 16 yaşlı Kolieya adlı iki qızı, 4 yaşlı Obi adlı oğlu olan Kienanın fotolarını övladları sosial şəbəkələrdəki profillərində paylaşandan sonra o məşhurlaşıb.
Klienanın 5 ildən bəri rəsmi nikahda olduğu əri O-Brayan da xanımının ondan gənc göründüyünü gülərək söyləyib.
"Məni məşhdurlaşdıran İnstagram-dakı profilimdə paylaşdığım zarafatyana kollaj oldu. Kollajın yuxarısında qızlarımla 13 il əvvəl çəkilən, aşağıda isə ötən il çəkilmiş foto vardı. "Burada yaşlı ana kimdir?" yazmışdım", - Kiena söyləyib.
Kienanı qızlarının bacısı sayanlar isə az deyil./milli



İcmal.Az

























