300-ə yaxın tədris müəssisəsində dərslər dayandırıldı

OXUNUB: 626 DÜNYA

Rusiyanın Saratov vilayətində kəskin respirator xəstəlikləri ilə əlaqədar 300-ə yaxın tədris müəssisəsində dərslər bir həftə müddətinə dayandırılıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bölgədə martın 26-dan aprelin 1-ə qədər 20 mindən çox insan kəskin respirator virusuna yoluxub.

Bu göstəricinin epidemiya həddindən 51,5 faiz çox olduğu deyilir.

 

Ümumilikdə vilayət ərazisində 248 məktəb, 16 uşaq bağçası, 29 peşə tədrisi müəssisəsində dərslər tamamilə dayandırılıb. Bundan başqa, 3 məktəbdə və 7 uşaq bağçasında dərslər məhdudlaşdırılıb.

İcmal.Az

RƏYLƏR