38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - FOTO

OXUNUB: 584 MARAQLI

Uqandanın Kambimbir kəndində yaşayan 37 yaşlı qadının nə az, nə çox, düz 38 övladı var.

Məryəm Nabatanzi adlı qadının eyni kişidən 10-u qız, 28-i oğlan olmaqla, 38 uşağı var.

Belə ki, qadın hamilə qalanda əkiz uşaqlar dünyaya gətirir. Bu günə qədər 3 dəfə əkiz, 3 dəfə dördəm və 3 dəfə də üçəm dünyaya gətirib. Onun daha altı övladı olub ki, onlar çox qısa yaşayıb və tez ölüblər.

N.Məryəm deyir ki, ən böyük övladı 23 yaş, ən kiçiyi isə 2 aylıqdır. Daha övlad sahibi olmaq istəməyən qadın, yoldaşı ilə birlikdə qərar qəbul edib və sonuncu doğum zamanı bətnini götüzdürüb.

12 yaşında ailə quran Məryəm ilk övladını 13 yaşında dünyaya gətirdiyini deyib./publika

İcmal.Az

RƏYLƏR