382 kq çəkili adamın ürəyi yatdı - FOTO

OXUNUB: 578 MARAQLI

ABŞ-ın Nyu-Cersi ştatındakı Forkved-River şəhərinin sakini, 41 yaşlı Robert Buşel vəfat edib.

Olay ABŞ-ın TLC telekanalındakı "My 600 lb Life" proqramının çəkilişləri əsnasında dünyasını dəyişib.

Həkimlərin dediklərinə görə, çəkisi 381,925 kq olan R.Buşelin ürəyi yatıb.

O, son aylarda arıqlamağa başlamışdı. Həkimlərin hazırladıqları xüsusi pəhrizə riayət edən və əməliyyat olunan Robert Buşel 56,2 kq arıqlamışdı.

 

Onun "My 600 lb Life"də çəkildiyi son buraxılış bu həftə nümayiş olunacaq.

R.Buşelin qeyri-rəsmi nikahda olduğu xanımı Ketrin Lemanskinin dediyinə görə, mərhum arıqlamaq və sağlam həyata qayıtmaq üçün var gücü ilə çalışmağa başlamışdı.

"O, sanki, yenidən doğulmaq, həyatını yenidən yaşamaq istəyirdi. Bu səbəbdən də hospitala yollanmağa, əməliyyat olunmağa razılaşdı. Arıqlamaq, çəkisini qaydaya salmaq, normal yaşamaq istəyirdi", - Ketrin deyib.

İcmal.Az

382 kq çəkili adamın ürəyi yatdı - FOTO

382 kq çəkili adamın ürəyi yatdı - FOTO

RƏYLƏR