40 yaşını qeyd edən Samiradan yeni – FOTOSESSİYA

OXUNUB: 828 ŞOU-BİZNES

Tanınmış ifaçı Samira Allahverdi 40 yaşını qeyd edir.

Bu münasibətlə yeni fotosessiyaya imza atan Samira təəssüratlarını belə dilə gətirib:

"Əslində, nə yazacağımı bilmirəm. Amma onu deyə bilərəm ki, bu son illərdə çox şey itirməklə böyük bir dərs aldım. Ən əsası, insanları tanıdım, həyatı dərk etdim. Kaş ki tanımayıb, dərk etməzdim. Çünki elə yaşamaq daha asan idi. Bundan sonrakı gələcək həyatımda daim irəli, ən əsası daha inamla addımlamaq niyyətindəyəm.

İstəsək də, istəməsək də bu həyat bir mübarizədir. Allahımdan sağlam həyat və balalarımın xoşbəxtliyini görməyi qismət etməsini, günahlarımın bağışlanmasını istəyirəm. Bu illərdə nəyi əldə etdim, nəyi etmədimsə, hamısına şükür. 40 yaşın mübarək, Samira”./pubika

 

İcmal.Az

RƏYLƏR