50 yaşlı qadın 1 milyon dollarlıq yaxtanı oğurlamaq istədi - FOTO

OXUNUB: 514 MARAQLI

Aralıq dənizindən 1 milyon 300 min dollarlıq lüks yaxtanı oğurlamağa çalışan ingiltərə vətəndaşı saxlanılıb.

İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, şirkət müdiri olan 50 yaşlı Larissa Vatson dəniz polisləri tərəfindən yaxtanı qaçırarkən tutulub.

Oğurluq hadisəsi İtaliyanın Portofino kəndinin yaxınlığında baş verib.

 

Polislər bildirib ki, Larissa yaxtanı qaçırmazdan əvvəl Portofino kəndindəki gözəllik salonlarının birində 300 dollarlıq kosmetik müalicə alıb, pulu ödəmədən aradan çıxıb.

İcmal.Az

50 yaşlı qadın 1 milyon dollarlıq yaxtanı oğurlamaq istədi - FOTO

50 yaşlı qadın 1 milyon dollarlıq yaxtanı oğurlamaq istədi - FOTO

RƏYLƏR