6 gün evli qaldığı keçmiş ərinin dəfninə getmədi

OXUNUB: 718 ŞOU-BİZNES
71 yaşlı müğənni Ajda Pekkanın 6 gün evli qaldığı ilk həyat yoldaşı Coşkun Sapmaz dünyasını dəyişib. 

Sənətçi ilk ərinin dəfninə getməyib. 64 yaşında infarktdan dünyasını dəyişən Sapmaz Adananın zəngin iş adamlarından biridir. O, 45 il əvvəl – 1973-cü ildə Ajda Pekkanla nikaha daxil olub. Lakin atası Ahmet Sapmazın bu nikaha qarşı çıxması səbəbindən 6 gün sonra boşanmışdı. O zaman Coşkunun 19, Ajdanın 28 yaşı vardı. Boşandıqdan sonra Sapmazla bir daha görüşməyən Ajda onun dəfninə də getməyib. 

Qeyd edək ki, Coşkun Sapmaz daha sonra 2 dəfə ailə qurub. İkinci evliliyindən iş adamının 2 oğlu var. /axşam

İcmal.Az

RƏYLƏR