Londonun cənubunda, Brayton şəhərində yaşayan 68 yaşlı Syuzi Qrant İnstagram-ın yeni ulduzlarından biridir.
Ahıl qadının dediyinə görə, İnstagram-da bloqu 2013-cü ildə, övladlarının və nəvələrinin dəstəyi ilə yaradıb.
O, fotolarını və statuslarını "#kissmyage" heşteqi ilə paylaşır.
Sabiq reportyor və teleaparıcı Syuzi Qrantın dediyinə görə, bloqerlərin gənc olması barədə təsəvvürlər yanlışdır.
"Bloqerlik yaşdan asılı deyil. Çoxları düşünür ki, qadın müəyyən yaşa çatandan sonra aktiv həyatdan, xüsusilə də sosial şəbəkələrdən kənarlaşmalıdır. Bəli, qocayam. Amma həyatımın qürub zamanını aktiv, müsbət enerji ilə yaşamaq istəyirəm", - 6 nəvəsi olan Syuzi Qrant deyib.
O, "Alternativ qocalıq" adlı bloqun da sahibidir./milli
İcmal.Az



























