Aktrisa Aslı Enverdən ayrılan müğənni Murad Boz Çeşme istiqamətində tətil edir.
İcmal.Az axşam.az-a istinadən bildirir ki, ifaçı Aslıdan ayrılmasına səbəb kimi göstərilən 7 illik sevgilisi Eliz Sakuçoğlu ilə eyni yerdə dincəlir.
Eyni restoranda Elizi görən, lakin görməzdən gələn Murad ona salam belə verməyib.
O, Sakuçoğlu ilə üz-üzə gəlmək, hətta onunla söhbət etmək istəməyib və məkanı tez tərk edib.
İcmal.Az