Bu il Bodrumda 27-ci dəfə təşkil edilən "7 Qitənin Gözəli - 2018” ("Miss 7 Continents - 2018”) yarışması başa çatıb.
21 ölkənin gözəllərinin qatıldığı yarışmada birinciliyi ukraynalı, 21 yaşlı Katerina Kaçaşvili qazanıb. Belə ki, müsabiqədə gözəllər əvvəl bikini ilə, ardınca ukrayna stilist Elana Bilik geyimləri ilə podiumda yer alıblar. Yarışmada Türkiyəni 20 yaşlı Ayşenur Büşra Selvitop təmsil edib.
Qeyd edək ki, 10 münsif üzvünün iştirakı ilə keçirilənyarışmada litva gözəli, 20 yaşlı Evelina Stepule ikinci, Belarus gözəli, 25 yaşlı Victoriya Laurenka isə üçüncü olub./BNEWS.az
İcmal.Az



