Ağ Ev rəsmisi jurnalistlər qarşısına taykeş ayaqqabılarla çıxdı

OXUNUB: 819 MARAQLI

Ağ Evin mətbuat katibinin taykeş ayaqqabı geyindiyi fotosu internetdə yayılıb.

Jurnalistlər Şon Spayserin qara və qəhvəyi ayaqqabılarını diqqətdan qaçırmayıblar. 

Kinoprodüser Con Koen öz blogunda zarafatla "Görünür, Şon Spayser təsadüfən fərqli ayaqqabılar geyinib. İndi isə çətinliklə onu gizləməyə çalışır” sözlərini yazıb. 

Yerli KİV-lər Spayserin ayaqqabılarından birinin xüsusi tibbi təyinatlı olduğunu, topuğundakı zədəyə görə taykeş geyinə biləcəyini ehtimal edirlər. Lakin məlumat rəsmi olaraq təsdiqlənməyib. Mətbuat-katibi isə məsələni şərh etməyib. /qafqazinfo

 

İcmal.Az

 

RƏYLƏR