Bu gün Vaşinqtonda Azərbaycandan olan ictimaiyyət nümayəndələri 28 May - Respublika Günü münasibətilə tədbir keçiriblər.
Demokrat.az internet xəbər portalının baş redaktoru Vasif Həsənli  və  "İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri,  "Önder.tv” internet televiziyasının rəhbəri Ramil Əliyev 28 May - Respublika Günü münasibətilə Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Həmçinin, tədbirdə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. 

 
			 
				

























 
				 
				