Abdulbari Gozali cərimə gözləyir

OXUNUB: 301 İQTİSADİYYAT
"Bakı Qida və Yağ Fabriki” MMC-yə inzibati protokol yazılıb.

 

 Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.

 

Qeyd: Fabrik tanınmış iş adamı Abdulbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir.

RƏYLƏR