ABŞ-ın baş kəşfiyyatçısı “Rusiya işi”nə görə dindirilib

OXUNUB: 462 DÜNYA

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo və ABŞ kəşfiyyatının yüksək rütbəli zabitləri xüsusi prokuror Robert Müllerin komandası tərəfindən dindiriliblər.

 Bu barədə Reuters məlumat verib.

Ötən il araşdırma çərçivəsində M.Pompeo, həmçinin ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Den Kouts və  Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə veriblər.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir./oxu

İcmal.Az

RƏYLƏR