ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini dayandırıb

OXUNUB: 634 DÜNYA

ABŞ-ın Türkiyənin paytaxtı Ankaradakı səfirliyi bu gündən etibarən fəaliyyətini dayandırır.

İcmal.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərar səfirliyin aldığı təhdidlər səbəbindən qəbul edilib.

"Təhlükəsizlik xidməti ABŞ mənbələrindən gələn, ABŞ səfirliyi və vətəndaşlarına qarşı terror hücumu ola biləcəyinə dair məlumatlardan sonra bu qərarı alıb”, – Ankara valiliyindən bildirilib.

Valilik ABŞ vətəndaşlarına və səfirlik əməkdaşlarına insanların çox olduğu yerlərdən uzaq durmağı tövsiyə edib.

İcmal.Az

RƏYLƏR