ABŞ İŞİD-i bu ölkəyə daşıyır

OXUNUB: 811 DÜNYA

ABŞ İŞİD terror təşkilatını Əfqanıstana daşıyır.

Bu sözləri İranın dini lideri Əli Xomenei deyib.

İRNA xəbər agentliyinin məlumatına görə, Xomenei son günlər Əfqanıstanda təşkil edilən terror aktlarının arxasında məhz ABŞ-ın durduğunu iddia edib: "Suriya və İraqda təsirsiz hala gətirilən İŞİD ABŞ tərəfindən Əfqanıstana köçürülür. Bununla da bölgədə öz varlığını qorumaq və möhkəmlətmək, həmçinin, İsrailin təhlükəsizliyini təmin etməyə çalışır. ABŞ həm də İsrailin siyasətini bölgə xalqına unutdurmağı hədəfləyir”.

Qeyd edək ki, Əfqanıstanda son bir ayda Taliban və İŞİD terror təşkilatlarının təşkil etdiyi hücumlarda 282 dinc sakin həlak olub, 500-dən çox insan yaralanıb./publika

İcmal.Az

RƏYLƏR