"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”.
İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: "Bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”.
İcmal.Az
























