ABŞ Türkiyəni TƏHDİD ETDİ: “Geri çəkilin, yoxsa...”

OXUNUB: 648 DÜNYA

ABŞ prezidenti Donald Trampun milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tomas Bossert Davosda keçirilən Dünya İqtisadi Forumunda Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı” əməliyyatını dəyərləndirib.

Onun sözlərinə görə, ABŞ Ankaranın Afrindən çəkilərək YPG ilə döyüşməməsi istəyir.

ABŞ-ın hərbi məsləhətçilərinin də bölgədə olduğunu deyən Trampın məsləhətçisi hər hansı yanlış hesablamanın ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-da Afrində "Zeytun budağı” əməliyyatına başlayıb./publika

İcmal.Az

RƏYLƏR