ABŞ yığmasının həkiminə 175 il iş verildi

OXUNUB: 889 DÜNYA

ABŞ-da idman gimnastikası üzrə milli yığmanın keçmiş həkimi Larri Nassar qadın idmançılara qarşı cinsi istismara görə 175 il müddətinə azadlıqdan məhrum edilib.

 Bu barədə "BuzzFeed” məlumat yayıb.

Hökm çərşənbə günü (yanvarın 24-də) oxunub. Hakim Rozmari Akuilina qərarı özünəməxsus şəkildə şərh edib.

"Elə indicə sizə ölüm hökmünü imzaladım. Siz nə vaxtsa azadlığa çıxmağa layiq deyilsiniz”, –deyə qadın hakim bildirib.

Dinləmələr zamanı 170 şahid ifadəsi alınıb. İttihama görə, həkim müalicə bəhanəsi ilə gimnastlara qarşı seksual hərəkətlər edib.

Ötən ilin noyabr ayında Nassar gimnastlara qarşı 10 cinsi istismar faktı üzrə təqsirli olduğunu etiraf edib. Ümumilikdə ondan məhkəməyə 140 qadın, o cümlədən, olimpiya çempionları Simon Baylz, Aleksandra Raysman, Qabriella Duqlas və Makkayla Marouni şikayət edib. Bundan əvvəl 8 dekabr 2017-ci ildə Nassar evində uşaq pornoqrafiyası saxladığına görə 60 il müddətinə azadlıqdan məhrum edilmişdi./oxu

İcmal.Az

RƏYLƏR