Bu gün axşam saatlarında Abşeron rayonu Məhəmmədi kəndində bıçaqlanma hadisəsi baş verib.
İcmal.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə N.Tusi küçəsi ev 4 ünvanında qeydə alınıb. Bıçaqlanan şəxs 1986-cı il təvəllüdlü Nahid Azad oğlu Əsədovdur. Onu ürəyindən bıçaqlayıblar.
Ağır bıçaq yarası alan Nahid Əsədov 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.
Faktla bağlı polis araşdırmalara başlayıb.
İcmal.Az
























