Cazibədar model və aktrisa Ramina Abbasovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.
https://yenicag.az/files/uploads/2018/06/Ramina-Aslanova-5-225x300.jpg 225w" sizes="(max-width: 405px) 100vw, 405px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto 15px; max-width: 100%; height: auto; border-radius: 3px;" />
– Ramina haralardasan, dedilər birdəfəlik xaricə köçmüsən?
– Yox, yalandan xəbərlər yayıblar ki, Ramina Azərbaycandan köçüb. Məni istəməyənlər belə xəbərləri yayırlar. Azərbaycandayam və filmlərə çəkilirəm. "İkili həyat” filmində çəkildim. Sentyabrda Qala gecəsi keçiriləcək.
– Səni daha çox hansı film tanıtdı?
– Komediyalarla tanındım. "Bozbaş pictures”in filmləri ilə məşhurlaşdım.
https://yenicag.az/files/uploads/2018/06/Ramina-Aslanova-4-225x300.jpg 225w" sizes="(max-width: 405px) 100vw, 405px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto 15px; max-width: 100%; height: auto; border-radius: 3px;" />
– Sosial şəbəkədə çox aktivsən. Daha çox nə yazırlar sənə?
– Çox şeylər yazırlar, amma fikir vermirəm. Çünki mən xasiyyətcə davakar adam deyiləm və qalmaqal etməyi xoşlamıram.
– Geyimlərində və davranışında cəmiyyəti nəzərə alırsan?
– Qətiyyən. Mənim öz stilim və həyata baxışım var. Çox tənqid edirlər, amma artıq öyrəncəliyəm. Kim məni bəyənir, kim bəyənmir, bu, məni heç maraqlandırmır. Çünki hərənin öz fikri var.
https://yenicag.az/files/uploads/2018/06/Ramina-Aslanova-3-225x300.jpg 225w" sizes="(max-width: 405px) 100vw, 405px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto 15px; max-width: 100%; height: auto; border-radius: 3px;" />
– Komplimentlər çox olur?
– Həddən artıq. Yazırlar ki, qəşəng qızsan, "barbi”lərə oxşayırsan. Orta məktəb və universitetdə oxuyan qızlar da özlərini mənə oxşadır, mənim kimi bəzənirlər.
– Hansı kişi tiplərinə üstünlük verirsən: yaraşıqlı, xarizmatik, yoxsa mərd?
– Sözünün üstündə duran kişiləri. Hesab edirəm ki, əgər kişi bir sözü dedisə, əməl etməlidir.
https://yenicag.az/files/uploads/2018/06/Ramina-Aslanova-2-225x300.jpg 225w" sizes="(max-width: 405px) 100vw, 405px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto 15px; max-width: 100%; height: auto; border-radius: 3px;" />
– Bəs görünüş?
– İspan tipli oğlanları xoşlayıram. Enrike İqlesias, Mario Kasas kimi kişiləri xoşlayıram. Üzünə baxan kimi bilirsən ki, kişidir.
– Müasir oğlanlarda hansı xüsusiyyət səni qıcıqlandırır?
– Deyirlər əşşi, hər yer qızla doludur, bu gün bununla sevgili olum, sabah başqasıyla. Vaxt keçirməyi daha çox xoşlayırlar.
– Sənin də sevgilin elədir?
– Çoxdandır sevgilim yoxdur, təkəm, belə rahatam.
https://yenicag.az/files/uploads/2018/06/Ramina-Aslanova-1-225x300.jpg 225w" sizes="(max-width: 405px) 100vw, 405px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto 15px; max-width: 100%; height: auto; border-radius: 3px;" />
– Ən çəkilməz, "ifritə” xüsusiyyətin hansıdır?
– İfritə ona deyərəm ki, kişiləri əlində fırladır, kişi onun üçün hər şeyi edir.
– Qəlbini ovlamaq asandır?
– Bilmirəm.
– Karyeranı ailəyə dəyişərsən?
– Yox, belə öyrəşmişəm. Karyeramda nə istəyirəm, onu da edirəm. 26 yaşım var. Dəyişən deyiləm. Balaca uşaq deyiləm ki, fikrimi tez-tez dəyişim. Məni sevən belə qəbul etməlidir.
– Kiminsə məşuqəsi olarsan?
– Evli kişinin sevgilisi olmaram.
İcmal.Az