Ağdaşda 2 yaşlı körpə dərin su hovuzuna düşüb

OXUNUB: 654 SOSİAL

Ağdaş rayonunda 2 yaşlı körpə su hovuzuna düşüb.

Hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Anar Adil oğlu Məmmədzadə dərin su hovuzuna düşüb. Batmaq üzrə olan körpə dərhal yaxınları tərəfindən hovuzdan çıxarılıb və Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Həkimlərin səyi nəticəsində körpənin həyatı xilas edilib. 

Vəziyyətinin ağır olduğu bildiriliən körpənin xəstəxanada müalicəsi davam etdirilir. /report

 

İcmal.Az

RƏYLƏR