Dünyanın ən məşhur müğənnilərindən biri, 29 yaşlı britaniyalı Adel homoseksual dostları Pol Dreyton və Alan Karrın nikahını kəsib.
İcmal.Az The Sun-a istinadən bildirir ki, nikah mərasimi Adelin ABŞ-ın Los-Anceles şəhərindəki evinin bağında olub.
Komik-aktyor Alan Karr İTV telekanalındakı "This Morning" bunu deyib.
"Nikah mərasimi yanvarda oldu. Adel bizi Los-Ancelesdəki evinin arxa bağında evləndirdi. O, çox həlim, gözəl insandır. Nikah duasından sonra ilk rəqsimiz üçün mahnı da oxudu. Həyatımda ən gözəl gün idi. Adel o qədər sadə, təvazökar insandır ki, bu barədə özü əsla danışmazdı. Mərasimdəki çiçəkləri, yeməkləri də Adel planlaşdırmışdı", - A.Karr deyib.
Onun sözlərinə görə, mərasimdə Adel keşiş geyimində idi.
İcmal.Az



























