Milli Olimpiya Komitəsinin (MOK) idman yekunlarına həsr olunmuş təntənəli "Olimpiya gecəsi” mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2023-cü ilin Azərbaycan idmanı üçün uğurla keçdiyini deyib. Nailiyyətlərin ildən-ilə artdığını söyləyən Çingiz Hüseynzadə bunun səbəbinin ölkə başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb. Qazanılan uğurlara görə federasiya rəhbərlərini, idmançıları və idman ictimaiyyətinin nümayəndələrini təbrik edən Ç.Hüseynzadə 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağına inandığını bildirib. Sonra Avropa Olimpiya Komitələrinin və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun video formatda təbriki olub. O, tədbir iştirakçılarını Azərbaycan dilində salamlayaraq, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib. Bildirib ki, Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bir hissəsidir. 2023-cü ilin idman yekunları ilə bağlı videoçarx təqdim olunduqdan sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi "Ilin ən aktiv tərəfdaşı” nominasiyası üzrə qalib olub. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidentlər Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər. Təntənəli yubiley mərasimi konsert proqramı ilə davam edib.
ADRA “Ilin ən aktiv tərəfdaşı” nominasiyası üzrə qalib olub
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı…
24.12.2025, 16:42 / Özəl, İQTİSADİYYAT -
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
23.12.2025, 11:51 / Özəl, İQTİSADİYYAT, BANK -
Bakıda premium mənzil axtaranlar üçün əla imkan: “City Garden Narimanov”da faizsiz kreditlə mənzillər satışda – “Kristal!”
19.12.2025, 21:04 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
18.12.2025, 15:30 / Özəl, İQTİSADİYYAT, BANK -
Aylıq cəmi 1%-dən qızıl təminatlı kredit!
17.12.2025, 12:29 / Özəl, İQTİSADİYYAT, BANK -
Qış aylarında görülən vacib işlər və abonentlərə müraciət – Foto + Video
16.12.2025, 09:18 / Özəl, İQTİSADİYYAT -
"Kristal" və İtaliyanın "Zambaiti Parati" brendi əməkdaşlığı yeni mərhələyə daşıyan memorandum imzalayıb!
15.12.2025, 16:20 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə “Məlhəm” Hospitalda yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı
-
GÜNDƏM, Özəl, SİYASƏT Deputatdan Əli Kərimliyə: “İfadə vermək əvəzinə, yazımı yazırsan?!”
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT Sudan səmərəli istifadənin təkmil üsullarımın tətbiqi mövsusunda geniş tərkibli iclas keçirildi - Fotolar

























