Afrin əməliyyatında jurnalistlərə hücum olundu

OXUNUB: 573 DÜNYA

İranın "Press TV” kanalının müxbirləri Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi "Zeytun budağı” hərəkatından reportaj hazırlayarkən hücuma məruz qalıblar.

 Bu barədə məlumat televiziyanın tviter hesabından paylaşılıb.

Verilən açıqlamada "Komandamız Türkiyə-Suriya sərhədi yaxınlığında yerləşən Racoda türk əsgərlərinin hücumuna məruz qalıb. Onlar əməliyyat əsnasında yaralar alıblar” ifadələrinə yer verilib.

Hadisə ilə bağlı başqa məlumat verilməyib./publika

İcmal.Az

RƏYLƏR