Afrində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib

OXUNUB: 576 DÜNYA

Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, ‘’Zeytun budağı’’ əməliyyatı çərçivəsində Suriyanın Afrin əyalətində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib

 Yıldırımın sözlərinə görə, Afrində anti-terror əməliyyatı plan üzrə gedir.

"Türkiyə ordusu Suriyanın şimal-qərbində İŞİD və PKK yaraqlıları ilə mübarizə aparır’”, - deyən, Yıldırım qeyd edib ki, YPG abbreviaturası cinayətkar təşkilatın mahiyyətini dəyişmir.

‘”YPG və PKK eyni şeydir. Bizə onların mahiyyəti məlumdur, çünki artıq 40 ildir mübarizə aparır”, - deyə, türk hökumətinin başçısı bildirib./oxu

İcmal.Az

RƏYLƏR