Afrində rayon mərkəzi ələ keçirildi - Fotolar + Video

OXUNUB: 646 DÜNYA

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 2434-ə çatıb.

BNEWS.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, gün ərzində 139 terrorçu məhv edilib.

Bundan başqa, Afrinin Racu rayonun mərkəzi, həmçinin, Ramadiyə və Namilək kəndləri terrorçulardan azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 21-i strateji yüksəklik, 93-ü kənd olmaqla ümumilikdə 122 məntəqə terrorçulardan təmizlənib.


RƏYLƏR