Afrindən acı xəbər

OXUNUB: 1018 DÜNYA

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatı çərçivəsində gedən döyüşlərdə 8 türk əsgəri şəhid olub.

 Bu barədə Türkiyə ordu baş qərargahı bəyanat yayıb.

"Əməliyyatın gedişində 8 hərbiçi şəhid olub, 13 əsgər yaralanıb” deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, Türkiyə SQ  yanvarın 20-də Suriyanın Afrin bölgəsinin terrorçulardan azad edilməsi üçün Azad Suriya Ordusu ilə birgə "Zeytun budağı” əməliyyatına başlayıb./oxu

İcmal.Az

RƏYLƏR